Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına kənd təsərrüfatı sahələrinə kredit vəsaitlərinin verilməsinin Metodiki Təlimatı

 Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına kənd təsərrüfatı sahələrinə kredit vəsaitlərinin ayrılması şərtlərinin və təyinatı üzrə istifadəsinə nəzarətin qiymətləndirilməsinə dair Metodiki Təlimat

1. Ümumi müddəalar

1.1.    Muxtar Respublikada kənd təsərrüfatı istiqamətində güzəştli kreditlərin ayrılması ilə bağlı sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş məlumatlar üzrə vəziyyətin qiymətləndirilməsinə dair Metodiki Təlimat (bundan sonra - Metodiki Təlimat) “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07 avqust 2018-ci il tarixli 133-V FR nömrəli Fərmanına, həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”nə,  “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”na  və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

 

1.2.   Bu Metodiki Təlimat kənd təsərrüfatı istiqamətində güzəştli kreditlərin ayrılması ilə bağlı sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş məlumatların və digər zəruri sənədlərin vəziyyətin qiymətləndirilməsi (bundan sonra - qiymətləndirmə) qaydasını və qiymətləndirmə zamanı Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra - Fond) əməkdaşlarının, müraciət etmiş hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

 

  1. Qiymətləndirmənin məqsədi və formaları

 

2.1.   Muxtar Respublikada kənd təsərrüfatı istiqamətində güzəştli kreditlərin alınması ilə bağlı sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş məlumatlar üzrə vəziyyətin qiymətləndirilməsinə dair Metodiki Təlimatın məqsədi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07 avqust 2018-ci il tarixli 133-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”na uyğun olaraq ayrılmış kreditlərdən düzgün, o cümlədən təyinatı üzrə istifadə və istifadəsinə nəzarətin təmin olunmasından ibarətdir.

2.2. Qiymətləndirmənin aşağıdakı formalarından istifadə olunur:

2.2.1.   Güzəştli kreditin ayrılması ilə bağlı ilkin qiymətləndirmə - kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektlərində müraciətin daxil olduğu tarixdən etibarən aparılır.

 

2.2.2.   Ayrılmış kredit vəsaiti ilə biznes planda nəzərdə tutulan kənd təsərrüfatının heyvandarlıq, quşçuluq, arıçılıq, balıqçılıq, bağçılıq və əkinçilik sahələri üzrə qiymətləndirmə - kredit ayrılmış sahibkarlıq subyektləri tərəfindən kənd təsərrüfatının sahələri üzrə görüləcək işlərlə bağlı Fonda məlumat verildikdən sonra aparılır.

2.2.3.    Ümumi qiymətləndirmə - Güzəştli kredit ayrılmış sahibkarlıq subyektlərində təqdim edilmiş məlumatlar üzrə rübdə bir dəfədən az olmayaraq aparılır.

2.2.4.   Növbədənkənar qiymətləndirmə - Güzəştli kredit ayrılmış sahibkarlıq subyektlərində biznes plana uyğun olaraq qaydalarda müəyyən olunmuş öhdəliklərdən kənarlaşma, eləcə də sahibkarlıq subyekti tərəfindən kreditin təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi və s. haqqında məlumat daxil olduqda aparılır.

 

  1. 3.  Qiymətləndirmənin aparılması

 

3.1.Güzəştli kreditin ayrılması ilə  bağlı ilkin qiymətləndirmə üzrə:

Güzəştli kreditin ayrılması ilə bağlı ilkin qiymətləndirmə kredit almaq üçün müraciət etmiş hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunmuş biznes plana və qanunvericiliklə müəyyən olunmuş meyarlara uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılır.

Qiymətləndirmə zamanı aşağıdakılar nəzərdən keçirilir:

    -Yaradılacaq sahənin muxtar respublika ərazisində olduğu nəzərə alınaraq muxtar respublikada yaşayan və daimi qeydiyyatda olan hüquqi və ya fiziki şəxslərin müraciətinin qeydiyyata alınması;

    -Kredit almaq üçün müraciət etmiş şəxsin bu sahədə təcrübəsinin olub-olmaması;

    -Kredit almaq üçün müraciət etmiş hüquqi və ya fiziki şəxsə bundan öncə Fondun vəsaiti hesabına eyni adlı və ya digər layihə üzrə dövlət maliyyə dəstəyi göstərilmişsə həmin layihənin mövcud olmasının araşdırılması, əks təqdirdə hər hansı səbəbdən layihəsinin icrasına xitam verilmişsə kreditin verilməsinə imtina olunması; 

     

    Heyvandarlıq təsərrüfatı üzrə: - kreditlər verilərkən təsərrüfatdakı mövcud heyvanlar da nəzərə alınmaqla heyvanların qışlanması üçün müəyyən edilmiş standartlara və bu sahəyə uyğun digər normativ hüquqi aktlara (bir baş südlük iri buynuzlu üçün 6 kv.m, bir baş ətlik iribuynuzlu üçün 4 kv.m, bir baş xırdabuynuzlu üçün 1,5 kv.m sahə) və qanunvericiliyə uyğun sənədləşdirilmiş tövlənin mövcud olması;

 Fərdi heyvandarlıq təsərrüfatları üzrə 2.500,0 manatdan 30.000,0 manata qədər, kompleks heyvandarlıq təsərrüfatları üçün reallaşdırılacaq layihənin dəyərinin maksimum 50 faizi həcmində kreditin verilməsi;

    - Kredit ayrılacaq hüquqi və ya fiziki şəxslərin kredit borcunun və ya zaminlik öhdəliklərinin olub-olmamasının araşdırılması, əks təqdirdə gələcəkdə kreditin qaytarılması risklərinin olacağı nəzərə alınaraq kreditin verilməsinə imtina edilməsi;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin kredit müqabilində girov predmetinin olub-olmaması; 

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin yaşayış minimumu nəzərə alınmaqla ödəmə imkanlarının araşdırılması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin aidiyyəti sahəyə uyğun yem ehtiyatının olub-olmaması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin işçi qüvvəsinin (ailə üzvlərindən əmək qabiliyyətli şəxslərin) olub-olmaması.

  

Quşçuluq təsərrüfatı üzrə:-kreditlər verilərkən təsərrüfatdakı mövcud quşlar da nəzərə alınmaqla onların saxlanması üçün müəyyən edilmiş standartlara və bu sahəyə uyğun digər normativ hüquqi aktlara (6-8 baş quş üçün 1 kv.m) və qanunvericiliyə uyğun sənədləşdirilmiş tövlənin mövcud olması;

        Fərdi quşçuluq təsərrüfatları üçün 2.500,0 manatdan 20.000,0 manata qədər, kompleks quşçuluq təsərrüfatları üçün reallaşdırılacaq layihənin dəyərinin maksimum 50 faizi həcmində kreditin verilməsi;

    - Kredit ayrılacaq hüquqi və ya fiziki şəxslərin kredit borcunun və ya zaminlik öhdəliklərinin olub-olmamasının araşdırılması, əks təqdirdə gələcəkdə kreditin qaytarılması risklərinin olacağı nəzərə alınaraq kreditin verilməsinə imtina edilməsi;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin kredit müqabilində girov predmetinin olub-olmaması; 

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin yaşayış minimumu nəzərə alınmaqla ödəmə imkanlarının araşdırılması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin aidiyyəti sahəyə uyğun yem ehtiyatının olub-olmaması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin işçi qüvvəsinin (ailə üzvlərindən əmək qabiliyyətli şəxslərin) olub-olmaması.

Balıqçılıq təsərrüfatı üzrə:-kreditlər verilərkən təsərrüfatdakı mövcud balıqlar da nəzərə alınmaqla onların saxlanması üçün müəyyən edilmiş standartlara, bu sahəyə uyğun digər normativ hüquqi aktlara və eləcədə qanunvericiliyə uyğun sənədləşdirilmiş hovuzların mövcud olması;

        Fərdi balıqçılıq təsərrüfatları üçün 2.500,0 manatdan 20.000,0 manata qədər, kompleks balıqçılıq təsərrüfatları üçün reallaşdırılacaq layihənin dəyərinin maksimum 50 faizi həcmində kreditin verilməsi;

    -Kredit ayrılacaq hüquqi və ya fiziki şəxslərin kredit borcunun və ya zaminlik öhdəliklərinin olub-olmamasının araşdırılması, əks təqdirdə gələcəkdə kreditin qaytarılması risklərinin olacağı nəzərə alınaraq kreditin verilməsinə imtina edilməsi;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin kredit müqabilində girov predmetinin olub-olmaması; 

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin yaşayış minimumu nəzərə alınmaqla ödəmə imkanlarının araşdırılması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin aidiyyəti sahəyə uyğun yem ehtiyatının olub-olmaması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin işçi qüvvəsinin (ailə üzvlərindən əmək qabiliyyətli şəxslərin) olub-olmaması.

 

Arıçılıq təsərrüfatları üçün;-fərdi təsərrüfatlar üzrə 2.500,0 manatdan 20.000,0 manata qədər, arıçılıq məhsullarının emalı sahələri üçün reallaşdırılacaq layihənin dəyərinin maksimum 50 faizi həcmində kreditin verilməsi;

    - Kredit ayrılacaq hüquqi və ya fiziki şəxslərin kredit borcunun və ya zaminlik öhdəliklərinin olub-olmamasının araşdırılması, əks təqdirdə gələcəkdə kreditin qaytarılması risklərinin olacağı nəzərə alınaraq kreditin verilməsinə imtina edilməsi;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin kredit müqabilində girov predmetinin olub-olmaması; 

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin yaşayış minimumu nəzərə alınmaqla ödəmə imkanlarının araşdırılması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin aidiyyəti sahəyə uyğun yem ehtiyatının olub-olmaması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin işçi qüvvəsinin (ailə üzvlərindən əmək qabiliyyətli şəxslərin) olub-olmaması.

     

Bağçılıq təsərrüfatı üzrə:-kreditlər verilərkən müraciət etmiş şəxsin mülkiyyətində və ya istifadəsində olmaqla qanunvericiliyə uyğun sənədləşdirilmiş, layihədə nəzərdə tutulmuş istifadəyə yararlı (su ilə təchiz olunmuş və s.) torpaq sahəsinin mövcudluğu;

-  5 hektara qədər bağçılıq təsərrüfatları üçün 2.500,0 manatdan 30.000,0 manat, 5 hektardan artıq bağçılıq təsərrüfatları üçün reallaşdırılacaq layihənin dəyərinin maksimum 50 faizi həcmində kreditin verilməsi;

    - Kredit ayrılacaq hüquqi və ya fiziki şəxslərin kredit borcunun və ya zaminlik öhdəliklərinin olub-olmamasının araşdırılması, əks təqdirdə gələcəkdə kreditin qaytarılması risklərinin olacağı nəzərə alınaraq kreditin verilməsinə imtina edilməsi;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin kredit müqabilində girov predmetinin olub-olmaması; 

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin yaşayış minimumu nəzərə alınmaqla ödəmə imkanlarının araşdırılması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin işçi qüvvəsinin (ailə üzvlərindən əmək qabiliyyətli şəxslərin) olub-olmaması.

 

Əkinçilik sahələri (istilikxanalar daxil olmaqla) üzrə: -kreditlər verilərkən müraciət etmiş şəxsin mülkiyyətində və ya istifadəsində olmaqla qanunvericiliyə uyğun sənədləşdirilmiş, layihədə nəzərdə tutulmuş istifadəyə yararlı (su ilə təchiz olunmuş və s.) torpaq sahəsinin mövcudluğu;

-  5 hektara qədər ərazidə əkiləcək sahənin toxumuna (xarakterinə və qiymətinə) uyğun olaraq 2.500,0 manatdan 10.000,0 manat, 5 hektardan artıq əkin sahələri üçün reallaşdırılacaq layihənin dəyərinin maksimum 50 faizi həcmində kreditin verilməsi;

    -Kredit ayrılacaq hüquqi və ya fiziki şəxslərin kredit borcunun və ya zaminlik öhdəliklərinin olub-olmamasının araşdırılması, əks təqdirdə gələcəkdə kreditin qaytarılması risklərinin olacağı nəzərə alınaraq kreditin verilməsinə imtina edilməsi;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin kredit müqabilində girov predmetinin olub-olmaması; 

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin yaşayış minimumu nəzərə alınmaqla ödəmə imkanlarının araşdırılması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin işçi qüvvəsinin (ailə üzvlərindən əmək qabiliyyətli şəxslərin) olub-olmaması.

     

3.2. Ayrılmış kredit vəsaiti ilə biznes planda nəzərdə tutulan kənd təsərrüfatı heyvanlarının alınması istiqamətində qiymətləndirmə üzrə:

 

Ayrılmış kredit vəsaitindən təyinatı üzrə istifadə olunması məqsədilə biznes planda nəzərdə tutulmuş kənd təsərrüfatı heyvanların və digər məhsulların (malların) alınmasının  qiymətləndirilməsi məqsədilə aparılır.

Qiymətləndirmə zamanı aşağıdakılar nəzərdən keçirilir:

 

- “Biznes Plan”dakı maliyyə planına uyğun olaraq rəsmi qaydada kənd təsərrüfatı heyvanlarının alınması istiqamətində  alqı-satqı müqaviləsinin bağlanılması;

- Müvafiq qaydada alqı-satqı müqaviləsi əsasında alınmış heyvaların müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınmasına dair arayışın mövcud  olunması;

- Arıçılıq təsərrüftına verilmiş kreditlər üzrə  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 oktyabr 2018-ci il tarixli 167 nömrəli “Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na müvafiq olaraq  identikləşdirilmiş (uçota alınmış (kodlaşdırılmış)) arı ailələrinin alqı-satqı müqaviləsinin və müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınmasına dair arayışın olması;

- Ayrılmış kredit vəsaiti ilə identikləşdirilməyən (uçota alınmayan (kodlaşdırılmayan)) arı ailələrinin alqı-satqısına zərurət yarandığı təqdirdə həmin arı ailələrinin sayını və dəyərini əks etdirən, ərazi üzrə baytarlıq xidmətinin satış və alışına dair arayışın təqdim olunması və növbəti identikləşdirilmə (uçota alınma (kodlaşdırılma)) dövründə həmin arı ailələrinin qeydiyyata alınmasına dair rəsmi şəhadətnamənin surətinin olması.

 

3.3. Ümumi qiymətləndirmə:

Ümumi qiymətləndirmə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07 avqust 2018-ci il tarixli 133-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq həyata keçirilir.

3.4. Növbədənkənar qiymətləndirmə:

Növbədənkənar qiymətləndirmə kənarlaşma ilə bağlı məlumat daxil olduqda və ya Fondun təşəbbüsü ilə sahibkarlıq subyektinə verilmiş kreditlərin təyinatı üzrə istifadə olunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə aparılır.

Qiymətləndirmə zamanı aşağıdakılar nəzərdən keçirilir:

-   Vəsaitdən təyinatı üzrə istifadə olunmasında  mövcud vəziyyət;

-   Biznes planda və digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş öhdəliklərin icrası.

 

3.5.      Zərurət yarandığı hallarda qiymətləndirmənin aparılması prosesinə Fondun təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər cəlb oluna bilər.

3.6. Qiymətləndirmə Fondun və müvəkkil kredit təşkilatının aidiyyəti əməkdaşlarının və sahibkarlıq subyektinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılır.

 

  1. 4.  Qiymətləndirmənin nəticələri

 

4.1.        Aparılan qiymətləndirmənin nəticələrinə dair müvafiq akt tərtib olunur və qiymətləndirmə iştirakçıları tərəfindən imzalanır (Aktın forması əlavə olunur).

4.2.   Qiymətləndirmə zamanı yeni müraciət etmiş sahibkarlıq subyektində aşkara çıxan pozuntular 30 (otuz) gün ərzində aradan qaldırılmadıqda imtina olunur. Kredit ayrılmış sahibkarlıq subyektlərinə isə verilmiş kredit vəsaitinin vaxtından əvvəl geri qaytarılması məqsədilə qanunvericiliyə müvafiq zəruri tədbirlər görülür.

4.3.   Kredit ayrılmış şəxs     və  ya      onun         səlahiyyətli  nümayəndəsi tərəfindən qiymətləndirmə aktının imzalanmaması qiymətləndirmənin nəticələrinə təsir göstərmir.

4.4.   Kredit ayrılmış şəxs və      ya      onun         səlahiyyətli nümayəndəsi tərəfindən

qiymətləndirmə aktına qeydlər əlavə oluna bilər.

 

 

  1. 5.           Qiymətləndirmə iştirakçılarının hüquq və vəzifələri

 

5.1.   Qiymətləndirmə iştirakçıları aşağıdakılardır:

5.1.1.Fondun əməkdaşları;

5.1.2.   Qiymətləndirmənin aparılması prosesinə cəlb olunmuş aidiyyəti dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər;

5.1.3.Kredit ayrılmış   şəxs və ya onların səlahiyyətli nümayəndələri.

5.2. Fondun hüquqları:

5.2.1.      Zərurət yarandığı hallarda qiymətləndirmənin aparılması prosesinə aidiyyəti dövlət orqanlarının nümayəndələrini və müstəqil ekspertləri cəlb etmək;

5.2.2.      Qiymətləndirmənin aparılması üçün kredit ayrılmış sahibkarlıq subyektlərindən zəruri olan sənədləri tələb etmək;

5.2.3.      Qiymətləndirmə aktına əlavə etmək üçün sahibkarlıq subyektinin razılığı ilə qiymətləndirmə zamanı foto və video çəkiliş aparmaq;

5.2.4.      Zəruri hallarda digər dövlət orqanları və müəssisələr ilə əməkdaşlıq etmək və zəruri məlumatları əldə etmək;

5.2.5.      Qiymətləndirmə ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan digər hüquqlardan istifadə etmək.

5.3.     Fondun vəzifələri:

5.3.1.      Qiymətləndirmənin nəticələrini sahibkarlıq subyektinin rəhbərliyi ilə müzakirə etmək;

5.3.2.  Qiymətləndirmənin nəticələrinə dair müvafiq akt tərtib etmək;

5.3.3.      Aparılmış qiymətləndirmə barədə mütəmadi olaraq iqtisadiyyat nazirinə hesabat təqdim etmək;

5.3.4.      Bu Metodiki Təlimata uyğun olaraq qiymətləndirmənin nəticələrinə dair digər tədbirlər görmək.

5.4.   Sahibkarlıq subyektlərinin hüquqları:

5.4.1.Qiymətləndirmənin aparılması prosesində iştirak etmək;

5.4.2. Qiymətləndirmənin nəticələrinə dair tərtib olunmuş aktla tanış olmaq;

5.5.   Sahibkarlıq subyektlərinin vəzifələri:

5.5.1.    Ayrılmış kredit vəsaitinin aidiyyəti üzrə sərf olunması istiqamətində mütəmadi olaraq Fonda məlumat vermək;

5.5.2.     Qiymətləndirmənin aparılması prosesində iştirak edən şəxsə (şəxslərə) vəzifələrini icra etmək üçün şərait yaratmaq;

5.5.3.    Qiymətləndirmənin aparılması zamanı tələb olunan müvafiq sənədləri təqdim etmək;

5.5.4.    Qiymətləndirmənin aparılması zamanı  zərurat yaranarsa foto və video çəkilişlərin aparılması üçün şərait yaratmaq;

5.5.5. Qiymətləndirmənin nəticəsi üzrə Fondun  tövsiyə və tapşırıqlarını icra etmək.