Dekabrın 1-də yeni hərrac keçiriləcək. Qeyd edək ki, hərraca ümumilikdə 22 əmlak çıxarılıb. Sahibkarları, mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edirik.
Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət Proqramının müvafiq prioritet istiqamətlərinə daxil olan Muxtar Respublikada əlverişli biznes mühitinin yaradılması və sosial sektorun inkişafı istiqamətləri üzrə özəl sektor tərəfindən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və özəl təhsil müəssisələrinin yaradılması üçün sahibkarlar arasında təşviqat işlərinin aparılması nəzərdə tutulmuşdur.
Naxçıvanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən cari ilin 10 ayı ərzində sahibkarlara 1 milyon 390 min manat güzəştli şərtlərlə kredit verilib.
Şərur Sənaye Məhəlləsi Naxçıvanda ən böyük sənaye infrastruktur layihələrindəndir. Məhəllədə artıq 7 sahibkarlıq subyekti fəaliyyət göstərir. Yaxın vaxtlarda isə daha bir neçə sahibkarın fəaliyyətə başlaması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi muxtar respublikanın rayonlarında fəaliyyət göstərən sahibkarlar və ailə təsərrüfatçıları ilə müzakirələri davam etdirir. Növbəti belə tədbir noyabrın 16-da Kəngərli rayonunda keçiriləcək.
Görüşdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Kəngərli rayonu İcra Hakimiyyətinin, “NaxçıvanBank” ASC-nin nümayəndələri iştirak edəcəklər.