Naxçıvanda Türkiyə Cümhuriyətinin 100 illiyi qeyd edilib

NUHÇIXAN xəbər verir ki, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən tədbir təşkil edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, digər rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Ətraflı: Naxçıvanda Türkiyə Cümhuriyətinin 100...

"Invest in Nakhchivan" veb-səhifəsi hazırlanır

Məlum olduğu kimi, ölkəmizdə, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında investisiyaların cəlb olunması, yeni istehsal sahələrinin yaradılması üçün münbit və əlverişli şərait yaradılıb.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-ci illər üzrə "Təfsilatlı Tədbirlər Planı"nda investisiya mühitinin yaxşılaşdırılması, Naxçıvana yerli və xarici investorların cəlb edilməsi nəzərdə tutulub.

Ətraflı: "Invest in Nakhchivan" veb-səhifəsi...

"Naxçıvandan başlayan yol" mövzusunda konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Naxçıvandan başlanan yol” mövzusunda konfrans keçirilib. Konfrans Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə baş tutub.

Konfrans iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Ətraflı: "Naxçıvandan başlayan yol" mövzusunda...

Naxçıvanda özəlləşdiriləcək istehsal müəssisələrinin ilkin siyahısı hazırlanıb

Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətində fəaliyyət göstərən və özəlləşdirilməsi nəzərdə tutulan istehsal müəssisələrinin ilkin siyahısı hazırlanıb.

NUHÇIXAN xəbər verir ki, bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

Ətraflı: Naxçıvanda özəlləşdiriləcək istehsal...