Naxçıvanda 9 ayda 4 milyon manatdan çox güzəştli kredit verilib

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 100 milyon manatdan çox kredit verilib, bunun 4,197 milyon manatı Sahibkarlığın İnkişafı Fondunun xətti ilə - güzəştli qaydada ayrılıb.

NUHÇIXAN xəbər verir ki, bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

Ətraflı: Naxçıvanda 9 ayda 4 milyon manatdan...

"Naxçıvandan başlayan yol" mövzusunda konfrans keçirilir

NUHÇIXAN xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyi, Naxçıvan Sahibkarlar Konfederasiyası və Naxçıvan İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illk yubileyi münasibətilə "Naxçıvandan başlayan yol" konfransı keçirilir.

Konfrans iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Ətraflı: "Naxçıvandan başlayan yol" mövzusunda...

İqtisadiyyat naziri Tapdıq Əliyev Ukrayna səfiri ilə görüşüb

İqtisadiyyat naziri Tapdıq Əliyev Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşüb. Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, əməkdaşlığın inkişafına xüsusi önəm verilir, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla inkişaf edir.

İqtisadiyyat naziri bildirib ki, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Naxçıvanın iqtisadi sahədə əlaqələrə təkan verə biləcək yeni mexanizmlərin yaradılmasının tərəfdarı olduğunu vurğulayıb.

Ətraflı: İqtisadiyyat naziri Tapdıq Əliyev...

İqtisadiyyat Nazirliyi və “Naxçıvan Qaziləri” İctimai birliyi arasında görüş keçirilib

Oktyabrın 24-də Vətən müharibəsi iştirakçılarının problem və qayğılarını operativ şəkildə həll etmək məqsədilə İqtisadiyyat Nazirliyi və “Naxçıvan Qaziləri” İctimai birliyi arasında görüş keçirilib. Görüşdə İqtisadiyyat naziri Tapdıq Əliyev, nazirliyin aparatının məsul əməkdaşları iştirak ediblər.

Görüş iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Ətraflı: İqtisadiyyat Nazirliyi və “Naxçıvan...