Biznes Mərkəzində sahibkarlarla görüş

Noyabrın 2-də Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti muxtar respublikaya işgüzar səfər edib. Səfər çərçivəsində heyətin Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüşü olub. Muxtar Respublikada biznesin inkişafı üçün birgə fəaliyyət imkanlarının dəyərləndirilməsi məqsədilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edib.

Ətraflı: Biznes Mərkəzində sahibkarlarla görüş

Tələbələrin istehsal müəssisələri ilə tanışlığı davam edir

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin qiyabi tələbələri  “Badamlı” Mineral Sular Zavodunda istehsal prosesi ilə tanış olublar.

Zavodla tanış olan tələbələrə mütəxəssislər tərəfindən istehsalın xammaldan başlayaraq hazır məhsul mərhələsinədək bütün proseslər əyani şəkildə göstərilib.

Ətraflı: Tələbələrin istehsal müəssisələri ilə...

Sədərəkdə sahibkarlarla görüş keçiriləcək

Noyabrın 2-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə  Sədərəkdə fəaliyyət göstərən sahibkarlarlagörüş keçiriləcək. 

Görüşdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Sədərək rayonu İcra Hakimiyyətinin, Aqrarkredit QSC-nin Naxçıvan filialının nümayəndələri iştirak edəcəklər.

Ətraflı: Sədərəkdə sahibkarlarla görüş...

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi SİF-in müvəkkil kredit təşkilatları ilə görüş keçirib

SİF-in müvəkkil kredit təşkilatları vasitəsilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 20 sahibkara ümumilikdə 1,4 milyon manata yaxın güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Fondun 5 müvəkkil kredit təşkilatı ilə görüş keçirib. Görüşlərin keçirilməsində əsas məqsəd Naxçıvanda bizneslərin maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində dövlət və özəl sektor əməkdaşlığını gücləndirməkdir. 

Ətraflı: Naxçıvan Muxtar Respublikasının...

Naxçıvanda “Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi” mövzusunda tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, oktyabrın 30-da Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Ətraflı: Naxçıvanda “Dövlət müəssisə və...