Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 10 faiz məbləğində beh Mərkəzin xəzinə hesabına 31 oktyabr 2023-cü il tarixədək ödənilməlidir.
Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Culfa rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçiriləcək. Görüşdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Culfa rayonu İcra Hakimiyyətinin, Aqrarkredit QSC-nin Naxçıvan filialının nümayəndələri iştirak edəcəklər.
- Satınalma planının yaradılması, dəyişdirilməsi və dərc edilməsi ilə bağlı düzəlişlər tətbiq edilmişdir;
- Satınalma planının hər bir bəndinə alınacaq malların (işlərin və xidmətlərin) həcmi barədə cədvəlin əlavə edilməsi imkanı yaradılmışdır;
- Satınalma planına dəyişiklik edildikdə ilkin və növbəti versiyaların saxlanılması təmin edilmişdir;
Cari ilin 23-24 oktyabr tarixlərində Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “İxrac Akademiyası” təlimləri keçiriləcək.
Təlimlərin məqsədi Naxçıvanın ixrac potensialının inkişafında yararlı, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.
Dekabrın 3-8-də Türkiyənin Adana, Mərsin, İstanbul şəhərlərinə ixrac missiyası təşkil olunacaq.
İxrac missiyası qida və içki sənayesi, həmçinin tikinti materialları sahələrini əhatə edir. İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqə noyabrın 10-da təşkil olunacaq.