- Satınalma planının yaradılması, dəyişdirilməsi və dərc edilməsi ilə bağlı düzəlişlər tətbiq edilmişdir;
- Satınalma planının hər bir bəndinə alınacaq malların (işlərin və xidmətlərin) həcmi barədə cədvəlin əlavə edilməsi imkanı yaradılmışdır;
- Satınalma planına dəyişiklik edildikdə ilkin və növbəti versiyaların saxlanılması təmin edilmişdir;
- Satınalma planının müvafiq qaydada təsdiq edildiyini sübut edən və dəyişikliyə səbəb olmuş hüquqi əsasın göstərildiyi sənədin Portala əlavə edilməsi funksiyası formalaşdırılmışdır;
- Dərc edilməmiş satınalma planının silinməsi funksiyası əlavə edilmişdir;
- Satınalma planında mövcud olan bənd əsasında yalnız bir müsabiqənin keçirilməsi müəyyənləşdirlimişdir;
- Kütləvi portalda satınalma planı bölməsində düzəlişlər;
- Satınalma planının yenilənməsi ilə bağlı video və yazılı təlimat portala yerləşdirilmişdir;
- Sistem üzrə optimizasiya işlərinin aparılmışdır;
- Digər çatışmazlıqların aradan qaldırılması.
Qeyd: 2024-cü ilin tələbatı üçün Portala Satınalma planlarını yerləşdirmiş satınalan təşkilatlardan Satınalma planlarının yenilənməsi xahiş edilir.