Naxçıvan Dövlət Universitetinin tələbələri Naxçıvan Biznes Mərkəzi ilə tanış olublar

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsinə başlayan Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat" ixtisası üzrə qiyabi şöbəsinin V kurs tələbələri Naxçıvan Biznes Mərkəzində olublar.

Tələbələrə mərkəzin fəaliyyət sahələri, muxtar respublikanın sosial-iqtisadi göstəriciləri və sosial infrastruktur obyektləri ilə bağlı göstəricilər, sərgi salonunda nümayiş olunan yerli istehsal məhsulları və istehsalçı şirkətlər haqqında ətraflı məlumat verilib.

Ətraflı: Naxçıvan Dövlət Universitetinin...

Nəqliyyat vasitəsi hərraca çıxarılır

Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən oktyabrın 16-da keçiriləcək hərraca 1 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 10 faiz məbləğində beh Mərkəzin xəzinə hesabına 13 oktyabr 2023-cü il tarixədək ödənilməlidir.

Ətraflı: Nəqliyyat vasitəsi  hərraca çıxarılır

Oktyabrın 10-da hərrac keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən oktyabrın 10-da hərrac keçiriləcək.

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 10 faiz məbləğində beh Mərkəzin xəzinə hesabına  6 oktyabr 2023-cü il tarixədək ödənilməlidir.

Ətraflı: Oktyabrın 10-da hərrac keçiriləcək

Naxçıvanda ilk dəfə Karyera Forumu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində Karyera Forumu keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda ilk dəfə olaraq keçirilən Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikasının Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Ovni Muradov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Rahid Ələkbərli, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, təhsil ekspertləri və digər qonaqlar iştirak edib.

Ətraflı: Naxçıvanda ilk dəfə Karyera Forumu...

Naxçıvanda Karyera Forumu keçiriləcək

NUHÇIXAN xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə oktyabrın 5-də Naxçıvan şəhərində “Qədim diyarda yeni fürsətlər” devizi altında Karyera Forumu keçiriləcək.

Naxçıvanda ilk dəfə olaraq keçiriləcək Karyera Forumunda 4 yerli ( ADA Universitetinin Karyera xidmətləri üzrə meneceri Təranə Aslanova, Dövlət Məşğulluq Agentliyi Mərkəzi Karyera Filialının müdiri Toğrul Ələkbər, Landau məktəbinin İnsan Resursları bölməsinin direktoru Tural İslamov və Avrora Qrup İnsan Resursları direktoru Seymur Əhmədov) və 2 xarici spikerin (Kadir Has Universiteti Karyera Ofisinin direktoru Umur Çalıkoğlu və Türk Telecom İşçi təcrübəsi və işəgötürənin brendləşməsi üzrə baş meneceri Esra Buldu) iştirakı ilə "Bilməmək eyib deyil,peşəkardan soruşmamaq eyibdir", "Bacarıq əmək bazarının cövhəridir" və "Dövr elə bu dövrdür" adlı 3 panel müzakirə keçiriləcək. 

Ətraflı:  Naxçıvanda Karyera Forumu keçiriləcək