Nəqliyyat vasitəsi hərraca çıxarılır

 

Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən oktyabrın 16-da keçiriləcək hərraca 1 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 10 faiz məbləğində beh Mərkəzin xəzinə hesabına 13 oktyabr 2023-cü il tarixədək ödənilməlidir.

Sifarişlər Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzində (8-ci küçə, 1/5 A) qəbul olunacaqdır. Məlumat dərc olunduğu vaxtdan auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan nəqliyyat vasitəsinin sənədləri ilə Mərkəzdə tanış ola bilərlər.

Auksionda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunur:

- Müvafiq formada sifariş;

- Ödəniləcək behin qəbzi;

- Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada  təsdiq edilmiş sürəti;

- Fiziki şəxslər üçün  şəxsiyyəti  təsdiq edən sənədin sürəti.

Hərrac 16 oktyabr 2023-cü il tarixdə saat 11:00-da Mərkəzdə keçiriləcəkdir.

Əlavə məlumatı Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzindən ala bilərsiniz.

Əlaqə telefonu:  (545-01-38)

    S/s

Hərraca çıxarılacaq nəqliyyat vasitəsi

Buraxılış ili

Sayı

(ədədlə)

1 ədəd

nəqliyyat

vasitəsinin ilkin satış qiyməti

(manatla)

İlkin satış qiymətinin

10 faizi həcmində hesablanmış behin məbləği

(manatla)

  1.      

VAZ 21213

2002

1

4000.0

400.0