Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 454 daimi yeni iş yeri açılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəsmi "X" hesabında paylaşım edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat" ixtisası üzrə qiyabi şöbəsinin V kurs tələbələri istehsalat təcrübəsinə cəlb olunublar.
Təcrübə müddətində tələbələrə Nazirliyin müxtəlif struktur bölmələrinin işi ilə yaxından tanışlıq imkanı yaradılır, iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən mövzular barədə məlumat verilir.
Oktyabrın 10-da Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib. Dövlət Proqramında nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin iştirak etdikləri iclasda Proqramın icra vəziyyətinə dair məsələlər müzakirə edilib.
11-14 oktyabrda Türkiyənin İstanbul şəhərində yerləşən TÜYAP Sərgi Mərkəzində keçiriləcək “28-ci Avrasiya Beynəlxalq Paketləmə Sənayesi Sərgisi”ndə naxçıvanlı sahibkarlar da iştirak edəcək.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Badamlı Mineral Sular” MMC, “Ləzzər Biskvit və Şokolad Fabrikli” MMC, “Ləzzət Broyler” MMC, Babək “Sirab” ASC-nin nümayəndələri sərgidə müxtəlif çeşiddə qablaşdırma avadanlıqları ilə tanış olacaqlar. Naxçıvanlı sahibkarlar əməkdaşlıq edə biləcək şirkətlərlə görüşlər keçirəcək və perspektivli əməkdaşlıq imkanları barədə müzakirələr aparacaqlar.
Muxtar respublikanın rayonlarında fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər barədə məlumatlandırmaq üçün maarifləndirmə tədbirlərinə başlanılıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan növbəti belə tədbir oktyabrın 12-də Ordubad rayonunda təşkil olunacaq. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Ordubad rayonu İcra Hakimiyyətinin, Aqrarkredit QSC-nin Naxçıvan filialının nümayəndələri iştirak edəcək.