Ordubad rayonunda sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı müzakirələr aparılacaq

 

 Muxtar respublikanın rayonlarında fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər barədə məlumatlandırmaq üçün maarifləndirmə tədbirlərinə başlanılıb.

 Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə  təşkil olunan növbəti belə tədbir  oktyabrın 12-də Ordubad rayonunda təşkil olunacaq. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Ordubad rayonu İcra Hakimiyyətinin, Aqrarkredit QSC-nin Naxçıvan filialının nümayəndələri iştirak edəcək.

Görüşdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da qarşıya qoyulmuş baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması ilə bağlı sahibkarlar məlumatlandırılacaq, sahibkarların təklifləri dinləniləniləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

 Ordubad rayonunda fəaliyyət göstərən sahibkarları sözügedən görüşdə iştirak etməyə dəvət edirik.

 

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti