Sentyabrın 25-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı. Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Son illər ərzində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində, demək olar ki, bölgələrin siması dəyişib. Bu tərəqqi, innovativ inkişaf, əlbəttə ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasından da yan ötməyib. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar açıb. Hazırda bu imkanlardan istifadə edilməklə muxtar respublikanın sosial-iqtisadi həyatında, o cümlədən əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması əsas prioritetlərdən birinə çevrilib.
Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nı təsdiq edib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.
Sentyabrın 19-da Moskvadakı “Krokus-Ekspo” Sərgi Kompleksində 32-ci “WorldFood Moscow” Beynəlxalq ərzaq sərgisi açılıb. Bu il “WorldFood Moscow” sərgisində 39 ölkədən 1000-dən çox şirkət öz məhsullarını təqdim edir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, qurudulmuş meyvə, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 19 Azərbaycan şirkəti ilə təmsil olunur.
Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir etməklə daxili bazarın qorunmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də özəl sektorun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır.