Naxçıvanda “PAŞA Həyat Sığorta” ASC və “PAŞA Sığorta” ASC-nin rəsmi nümayəndəlikləri istifadəyə verilib. Açılış mərasimində rəsmi şəxlər də iştirak edib.
“PAŞA Sığorta” ASC idarə heyətinin sədri Ülviyyə Cabbarova və “PAŞA Həyat Sığorta” ASC idarə heyətinin sədri Niyaz İsmayılov çıxış edərək Naxçıvan şəhərində nümayəndəliklərin fəaliyyətə başlamasından məmnunluqlarını ifadə ediblər.
Nazirlər Kabinetində (NK) “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib.
Bu barədə NUHÇIXAN-a NK-dan məlumat verilib.
Azərbaycanda sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, bu sahədə qanunvericiliyin, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulmuş əsas vəzifələrdəndir və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir.
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda bu gündən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılır.
NUHÇIXAN xəbər verir ki, iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksi istifadəyə verilib.
Açılış tədbrində qonaqları salamlayan “Cahan Holding”in prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, yaşayış kompleksinin ümumi sahəsi 22 min 325 kvadratmetrdir. Şəhərcikdəki 9 mərtəbəli 4 yaşayış binasında 192 mənzil vardır. Mənzillərdən biri şəhid ailəsinə hədiyyə edilib, 72-i isə ipoteka krediti ilə satılıb. Vüqar Abbasov vurğulayıb ki, kompleksdə orta aylıq əməkhaqqı 600 manat olan 10 yеni iş yеri açılıb.