Ordubad konserv zavodu yenidən işə salınır

NUHÇIXAN  xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvan televiziyasının “Üzbəüz” proqramında bildirib.

Nazir qeyd edib ki, Ordubadın bağçılıq potensialı ənənəvi konservləşdirməni bərpa etməyə imkan verir. Yaxın gələcəkdə dəmiryolunun açılması ilə Naxçıvanda ən böyük ixrac məhsullarından biri də konservləşdirilmiş məhsullar olacaq. Buna görə də Ordubad rayonunda ənənəvi konservləşdirmənin bərpasına  sahibkarlar xüsusi maraq göstərirlər.

Ətraflı: Ordubad konserv zavodu yenidən işə...

İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı təltif olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2023-cü il tarixli müvafiq Sərəncam imzalayıb.Bu Sərəncamla bir qrup dövlət qulluqçusu dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.

Ətraflı: İqtisadiyyat Nazirliyinin bir qrup...

Naxçıvan və Şərurda tekstil fabrikləri açılacaq

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan televiziyasının "Üzbəüz" proqramında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev deyib. Tikinti sektorundakı durğunluğun səbəbini bu günə qədər muxtar respublikada aparılan tikinti işlərində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqələndirən nazir yaxın bir ay ərzində həm dövlət sifarişi, həm də özəl tikinti sektorunda işlərin bərpa olunacağını vurğulayıb.

Ətraflı: Naxçıvan və Şərurda tekstil...

Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların istifadəsinin təşviqi mühüm iqtisadi prioritetlərdəndir

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması nəticəsində Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrinin də genişləndirilməsinə xidmət edir.

Ətraflı: Naxçıvan Muxtar Respublikasında...

Naxçıvanda azad sahibkarlıq mühiti yeni iş yerlərinin açılmasına səbəb olub

Muxtar respublikada aparılan sosial-iqtisadi islahatlar nəticəsində əlverişli biznes mühiti formalaşır. “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən azad iqtisadi zonaya çevrilən diyarımıza investorlar böyük maraq göstərir, yeni iş yerləri yaradılır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəbul olunan dövlət proqramına uyğun olaraq azad iqtisadi zonaya çevrilən Naxçıvanda sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır. Sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılır. Bunun da nəticəsində yeni iş yerləri açılır, əhalinin məşğulluq imkanları daha da artır.

Ətraflı: Naxçıvanda azad sahibkarlıq mühiti...