Düşənbədə 5-ci Məşvərət görüşündə iştirak edən dövlət başçıları “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.

 NUHÇIXAN xəbər verir ki, Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.

Ətraflı: Düşənbədə 5-ci Məşvərət görüşündə...

Türkiyənin iş adamları ilə görüş keçirilib

 “Naxçıvan Saray”da Türkiyə Respublikasının iş adamlarının Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri çərçivəsində muxtar respublikanın iqtisadiyyat, kənd təsərrüfatı, turizm sahələri ilə tanışlıq, eyni zamanda türk sahibkarlarla əlaqələrin gücləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev qonaqları salamlayaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olub. Bu əlamətdar ildə keçirilən silsilə tədbirlər sırasında Türkiyədən olan iş adamları ilə görüşün təşkili Naxçıvan üçün olduqca əhəmiyyətlidir.

Ətraflı: Türkiyənin iş adamları ilə görüş...

Naxçıvanda “Aqro festival” keçirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə “Aqro festival” keçirilir.

 

Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Ətraflı: Naxçıvanda “Aqro festival” keçirilir

Dövlət satınalmalarında iştirak edən sahibkarların nəzərinə!

Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə tələb olunan sənədləri elektron qaydada əldə etmək üçün innovativ yeniliklərin tətbiqi, xidmət sferasının genişləndirilməsi və prosedurların optimallaşdırılması ilə istifadəçilərin məmnunluq səviyyəsinin artırılması prioritet əhəmiyyət kəsb edir.

Ətraflı: Dövlət satınalmalarında iştirak edən...