Naxçıvan şəhərində hərrac keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə Naxçıvan şəhərində hərrac keçirilib.Hərracda Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Əlincəçay" çınqıl-qum qarışığı yatağında 6,9 ha sahə satışa çıxarılıb. Başlanğıc qiyməti 34500 manatdan başlayan yatağın istismar müddəti 20 ilədəkdir.