Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi üçün yeni yol xəritəsi müəyyənləşəcək

Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi və ixrac potensialının yaradılması istiqamətində yeni yol xəritəsi müəyyənləşəcək.

 

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə baş tutan "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

Ətraflı: Naxçıvanın "yaşıl enerji" zonasına...

Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu işinə başlayır

Bu gün Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

Daha sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Onun hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.

Ətraflı: Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü...

Novruz Novruzlu: “Bu il sahibkarlara 4 milyon 155 min manat güzəştli kredit verilib”

Naxçıvanda sahibkarlıq subyektlərinə dövlət dəstəyi mexanizmlərindən biri də investisiya layihələrinin həyata keçirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi, iqtisadiyyatın, xüsusilə özəl sektorun inkişafına töhfə verəcək prioritet proqramların maliyyələşdirilməsidir. Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının təmin edilməsinə dövlət dəstəyini həyata keçirən əsas qurumlardan biridir. Naxçıvanda dövlət dəstəyi ilə güzəştli kreditlərin verilməsi ilə bağlı suallara Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri Novruz Novruzlu cavab verib.

Ətraflı: Novruz Novruzlu: “Bu il sahibkarlara...

Naxçıvanın İqtisadiyyat Nazirliyinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin internet səhifəsi “gov.az” zonasına köçürülüb.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, nazirliyin mühəndis-proqramçılarının hazırladığı İqtisadiyyat Nazirliyinin elektron informasiya resursu neconomy.gov.az domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb. Təhlükəsizlik və istifadəçi rahatlığını nəzərə alaraq sayt müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenidən hazırlanıb.

Ətraflı: Naxçıvanın İqtisadiyyat Nazirliyinin...