NUHÇIXAN xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə oktyabrın 5-də Naxçıvan şəhərində “Qədim diyarda yeni fürsətlər” devizi altında Karyera Forumu keçiriləcək.
Naxçıvanda ilk dəfə olaraq keçiriləcək Karyera Forumunda 4 yerli ( ADA Universitetinin Karyera xidmətləri üzrə meneceri Təranə Aslanova, Dövlət Məşğulluq Agentliyi Mərkəzi Karyera Filialının müdiri Toğrul Ələkbər, Landau məktəbinin İnsan Resursları bölməsinin direktoru Tural İslamov və Avrora Qrup İnsan Resursları direktoru Seymur Əhmədov) və 2 xarici spikerin (Kadir Has Universiteti Karyera Ofisinin direktoru Umur Çalıkoğlu və Türk Telecom İşçi təcrübəsi və işəgötürənin brendləşməsi üzrə baş meneceri Esra Buldu) iştirakı ilə "Bilməmək eyib deyil,peşəkardan soruşmamaq eyibdir", "Bacarıq əmək bazarının cövhəridir" və "Dövr elə bu dövrdür" adlı 3 panel müzakirə keçiriləcək. Sonda panelin icmalı, panelin qiymətləndirilməsi və bağlanış mərasimi keçiriləcək.
Tədbirdə dövlət və özəl sektor nümayəndələri, karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, inkişaf mentorları və sahibkarların iştirakı nəzərdə tutulub.