Culfada sahibkarlarla görüş keçiriləcək

 

 Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə  Culfa rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçiriləcək. Görüşdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Culfa rayonu İcra Hakimiyyətinin, Aqrarkredit QSC-nin Naxçıvan filialının nümayəndələri iştirak edəcəklər.

Görüşdə sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nında nəzərdə tutulan ənənəvi baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması məsələləri müzakirə oluncaq.

 Culfa rayonunda fəaliyyət göstərən sahibkarları sözügedən görüşdə iştirak etməyə dəvət edirik.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti