Naxçıvanda ilk dəfə “İxrac Akademiyası” təlimləri keçiriləcək

 

Cari ilin 23-24 oktyabr tarixlərində Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “İxrac Akademiyası” təlimləri keçiriləcək.

Təlimlərin məqsədi Naxçıvanın ixrac potensialının inkişafında yararlı, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.

İştirakçılara ixrac fəaliyyətinə dair baza bilik və bacarıqlarına yiyələnmək, ixracda keyfiyyətin idarə olunması və standartlaşdırma, beynəlxalq sertifikatlar və ixrac proseduru barədə mütəxəssislər tərəfindən məlumatlar veriləcək.

Təlimdə iştirak etməkdə maraqlı olan sahibkarlar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbəsinə  müraciət edə bilərlər.

Əlaqələndirici şəxs:  Orxan Abdinov

Tel.: (055-837-76-58)