“Ləzzət Qida Sənaye” MMC “İSM Middle East-2023” Beynəlxalq Şirniyyat Sərgisində iştirak edib

Yerli məhsulların xarici bazarlarda tanıdılması, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Naxçıvan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər. Növbəti dəfə yerli məhsullarımız 7-9 noyabr 2023-cü il tarixlərdə Dubay şəhərində keçirilən “İSM Middle East-2023” Beynəlxalq Şirniyyat Sərgisində nümayiş edilib.

Ətraflı: “Ləzzət Qida Sənaye” MMC “İSM Middle...

Naxçıvan Biznes Mərkəzində Zəfər Günü ilə bağlı tədbir keçirilib

          Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə noyabrın 7-də Naxçıvan Biznes Mərkəzində 8 noyabr – şanlı Zəfər gününə həsr olunmuş tədbir keçirilib.

          Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Parkını ziyarət edib, vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Ətraflı: Naxçıvan Biznes Mərkəzində Zəfər Günü...

Naxçıvanda “Zəfərə gedən 20 il” mövzusunda tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, noyabrın 4-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi və Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş “Zəfərə gedən 20 il” mövzusunda tədbir keçirilib.

 Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ətraflı: Naxçıvanda “Zəfərə gedən 20 il”...

Naxçıvanda son 20 ildə özəlləşdirmədən büdcəyə daxilolmaların məbləği açıqlanıb

Son 20 ildə Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində 21 milyon 668 min manatdan artıq vəsait dövlət büdcəsinə, müəssisə və təşkilatların hesabına köçürülüb. NUHÇIXAN xəbər verir ki, bunu yerli iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda “Zəfərə gedən yolda 20 il” mövzusunda keçirilən tədbirdə bildirib.

Ətraflı: Naxçıvanda son 20 ildə...

Tapdıq Əliyev: "Naxçıvanda son 20 ildə 187 milyon manatdan çox güzəştli kredit verilib"

2003-2023-cü illər ərzində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 828 investisiya layihəsinin maliyyələşdirilməsinə 187 milyon 110 min manatdan çox güzəştli kredit verilib.

NUHÇIXAN xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda “Zəfərə gedən yolda 20 il” mövzusunda keçirilən tədbirdə deyib.

Ətraflı: Tapdıq Əliyev: "Naxçıvanda son 20...