Dekabrın 3-8-də Türkiyənin Adana, Mərsin, İstanbul şəhərlərinə ixrac missiyası təşkil olunacaq.
İxrac missiyası qida və içki sənayesi, həmçinin tikinti materialları sahələrini əhatə edir. İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqə noyabrın 10-da təşkil olunacaq.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib. İxrac missiyasında iştirak etmək istəyənlər oktyabrın 27-dək müvafiq sənədləri təqdim etməlidirlər.
Seçim meyarları ilə AZPROMO-nun rəsmi internet səhifəsindən (https://u.to/GDMFIA) tanış olmaq olar.
Əlaqələndirici şəxs: Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Orxan Abdinov
Tel.: (055-837-76-58)