İqtisadiyyat Nazirliyi Kəngərli rayonunda sahibkarlarla görüşəcək

 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi muxtar respublikanın rayonlarında fəaliyyət göstərən sahibkarlar və ailə təsərrüfatçıları ilə müzakirələri davam etdirir. Növbəti belə tədbir noyabrın 16-da Kəngərli rayonunda keçiriləcək. 

Görüşdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Kəngərli rayonu İcra Hakimiyyətinin, “NaxçıvanBank” ASC-nin nümayəndələri iştirak edəcəklər.

Görüş zamanı Sahibkarlığın İnkişafı Fondun güzəşt mexanizmləri, sahibkarlar üçün sərfəli biznes kreditlərinin təmin edilməsi, həmçinin ənənəvi baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması, ipək istehsalı müəssisəsinin yaradılması məsələləri müzakirə ediləcək. Müzakirələr ətrafında təkliflər dinləniləcək, suallar cavablandırılacaq.

Kəngərli rayonunda fəaliyyət göstərən sahibkarları sözügedən görüşdə iştirak etməyə dəvət edirik.