Naxçıvan Muxtar Respublikasında investisiyaların

təşviqi ilə bağlı tədbirlər haqqında

 NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN  F Ə R M A N I

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması məqsədi ilə qərara alıram:

1. “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını müəyyən etsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görsünlər.

 

 

Naxçıvan Muxtar Respublikası

         Ali Məclisinin Sədri                                          VASİF  TALIBOV

 

 

Naxçıvan şəhəri, 21 yanvar 2016-cı il

№ 11-V FR