AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ

KOLLEGİYA QƏRARI

 

№ 2

 

Bakı şəhəri                                                                                                          24 fevral 2016-cı il

 

İnvestisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarının təsdiq edilməsi barədə

 

“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

 

qərara alır:

 

1. “İnvestisiya təşviqi sənədinin forması” təsdiq edilsin (əlavə nömrə 1).

2. “İnvestisiya təşviqi sənədini almaq üçün ərizənin forması” təsdiq edilsin (əlavə nömrə 2).

3. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

6. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 24 fevral 2016-cı il tarixli iclasının protokolu.

 

 

Sədr,

İqtisadiyyat naziri                                                                                        Şahin Mustafayev

 

 

 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 24 fevral tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmişdir (Əlavə nömrə 1).

 

 

İnvestisiya təşviqi sənədinin forması

 

 

_________________________________________________

 (sənədi verən orqanın adı)

 

 

İNVESTİSİYA TƏŞVİQİ SƏNƏDİ

 

 

№ _____                                                                                                        ____ ___________ 20__ il

 

 

_________________________________________________________________________________

(sənədin verildiyi hüquqi şəxsin tam adı / fərdi sahibkarın adı, soyadı, atasının adı/ VÖEN-ni)

_________________________________________________________________________________

(hüquqi şəxsin hüquqi ünvanı / fərdi sahibkarın ünvanı)

_________________________________________________________________________________

(investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi)

_________________________________________________________________________________

(investisiyanın layihəsinin həyata keçiriləcəyi ünvan)

 

Bu sənəd “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanına uyğun olaraq verilir və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (Vergi Məcəlləsinin 67-2-ci maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində müəyyən edilmiş güzəştləri əldə etməyə hüquq verir.

 

 

___________________________

______________

_________________________

(məsul şəxsin vəzifəsi)

(imzası)

(adı, soyadı)

 

 

 

                            M.Y.

 

 

 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 24 fevral tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmişdir (Əlavə nömrə 2).

 

 

İnvestisiya təşviqi sənədinin alınması üçün ərizənin forması

 

____________________________________________________________

(müraciət olunan təşkilatın adı)

 

İnvestisiya təşviqi sənədinin alınması üçün

 

ƏRİZƏ

 

1. Ərizəçi haqqında məlumatlar:

 

1.1.       Hüquqi şəxsin tam adı/fərdi sahibkarın soyadı, adı, atasının adı ____________________

 

_________________________________________________________________________________

 

1.2. Hüquqi şəxsin hüquqi ünvanı /fərdi sahibkarın ünvanı _____________________________

 

_________________________________________________________________________________

 

1.3. Hüquqi şəxsin/fərdi sahibkarın VÖEN-ni _________________________________________

 

_________________________________________________________________________________

 

1.4. Əlaqə telefonu ________________________________________________________________

 

1.6. İnternet ünvanı (vebsaytı) (əgər varsa) ___________________________________________

 

1.7. Elektron poçtu (əgər varsa) _____________________________________________________

 

1.8. Hüquqi şəxsin/fərdi sahibkarın səlahiyyətli nümayəndəsinin (əgər varsa):

1.8.1. soyadı, adı, atasının adı _______________________________________________________

1.8.2. ünvanı ______________________________________________________________________

1.8.3. əlaqə telefonu ________________________________________________________________

1.8.4. elektron poçtu (əgər varsa) ____________________________________________________

1.8.5. etibarnamə haqqında məlumatlar ______________________________________________

_________________________________________________________________________________

 

1.9. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi____________________________

 

_________________________________________________________________________________

 

1.10. İnvestisiyanın layihəsinin həyata keçiriləcəyi ünvan______________________________

 

_________________________________________________________________________________

 

1.11. İnvestisiya layihəsinin adı________________________________________________________[1]

__________________________________________________________________________________

 

  1. İnvestisiya təşviqi sənədinin verilməsini xahiş edirəm.

 

  1. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

 

Sıra №-si

Sənədlərin adı

Nüsxələrin sayı

Vərəqlərin sayı

Qeyd

3.1.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş meyarlara cavab verən investisiya layihəsi-biznes plan [2]

 

 

 

3.2.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin 10 faizinin müvafiq layihə üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd

 

 

 

3.3.

vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti

 

 

 

 

Qeyd: ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim olunduqda etibarnamə əlavə edilir.

 

  1. Hüquqi şəxsin/fərdi sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin_______________

 

_________________________________________________________________________________

(vəzifəsi, soyadı, adı)

 

  1. Ərizənin doldurulduğu tarix _____________________________________________________

                                                                                                              (gün, ay, il)

 

  1. Hüquqi şəxsin/fərdi sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin_______________

                                                                                                                                                                            (imza)

                                                                                                                                                                              M.Y.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1.       28 iyun 2016-cı il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 28 iyun 2016-cı il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı  ilə Əlavə 2 “İnvestisiya təşviqi sənədini almaq üçün ərizənin forması”na 1-ci hissəyə yeni redaksiyada 1.11-ci bənd əlavə edilmişdir.

 

[2] 28 iyun 2016-cı il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı  ilə Əlavə 2 “İnvestisiya təşviqi sənədini almaq üçün ərizənin forması”nın 3.1-ci və 3.2-ci bəndlərdə “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş” sözləri “Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş” sözləri ilə əvəz edilmişdir.