Qeyd edək ki, 17 fevral – 30 may 2023-cü il tarixlərini əhatə edən təcrübədə Universitetin 30 nəfər tələbəsi Nazirliyin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış edilib. Təhsil aldıqları ixtisas üzrə təcrübəyə malik olacaq tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə edəcəklər.
İstehsalat təcrübəsində nazirliyin əməkdaşı tərəfindən 65 mövzu üzrə praktik məşğələlərdə tələbələrin iştirakı təmin edilir. Hazırlanmış təcrübə proqramına uyğun olaraq praktik məşğələlər aparılır, tələbələr iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən mövzular ilə bağlı geniş məlumat əldə edirlər.
Bundan əlavə, təcrübə müddətində tələbələr nazirliyin müvafiq şöbələri üzrə iş təcrübəsində iştirak edəcək və beləliklə, öz nəzəri biliklərini təcrübədə – iş prosesində möhkəmləndirəcəklər.