İqtisadiyyat naziri Tapdıq Əliyev Ukrayna səfiri ilə görüşüb

 

İqtisadiyyat naziri Tapdıq Əliyev Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşüb. Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, əməkdaşlığın inkişafına xüsusi önəm verilir, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla inkişaf edir.

İqtisadiyyat naziri bildirib ki, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Naxçıvanın iqtisadi sahədə əlaqələrə təkan verə biləcək yeni mexanizmlərin yaradılmasının tərəfdarı olduğunu vurğulayıb.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iqtisadi-ticarət əlaqələrinin inkişafı barədə fikirlərini bölüşüb, muxtar respublikada həyata keçiriləcək layihələrdə Ukrayna şirkətlərinin iştirakında maraqlı olduğunu diqqətə çatdırıb.

Daha sonra Naxçıvan Biznes Mərkəzində olan qonaqlara mərkəzin əsas fəaliyyət istiqamətləri və burada sərgilənən məhsullar  barədə məlumat verilib.