http://oldin.nakhchivan.az/m%C9%99tbuat-xidm%C9%99ti/xeberler/1433-biznes-m%C9%99rk%C9%99zind%C9%99-sahibkarlarla-g%C3%B6r%C3%BC%C5%9F.html#sigProId15ed4d6150
Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində özəl bölmə iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Özəl sektorun dövlət dəstəyindən daha geniş istifadə etməsi müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradıb. Nazir Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də əlçatan və effektiv maliyyələşmə mexanizmlərindən söhbət açıb.
Tədbirdə Kapital Bank ASC-nin İdarə Heyətinin üzvü, baş korporativ satış inzibatçısı Fərid Hidayətzadənin də çıxışı olub. Fərid Hidayətzadə sahibkarlığın inkişafında mühüm maliyyə mexanizmlərindən, kiçik və orta biznesin inkişafından bəhs edib, həmçinin sahibkarlar üçün tətbiq olunan güzəştlər haqqında geniş məlumat verib.
Digər çıxışlar zamanı güzəştli biznes kreditlərinin verilməsi mexanizmlərindən və bu kreditlərin sahibkarlar üçün yaratdıqları imkanlardan danışılıb.
Sonda müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Görüşdən sonra Fərid Hidayətzadə “Şərq qapısı” qəzetinə müsahibə verib: – Ümid edirəm ki, sahibkarlarla görüşümüz onlar üçün faydalı oldu. Çalışdıq onları sahibkarlar üçün nəzərdə tutulan xidmətləri haqqında məlumatlandıraq. Biz arzu edirik ki, sahibkarların tələbləri, çağırışlarına uyğun olaraq onlara dəstək göstərək. Bizim burada yeni bir mərkəzin yaradılması kimi imkanımız var. Nəzərdə tutulur ki, həmin mərkəzdə yeni infrastruktur yaradılsın və lazımi işçilərlə təmin olunsun. Bu mərkəzin fəaliyyəti məhz sahibkarlarla sıx şəkildə çalışmaqdan ibarət olacaq. Çünki, sahibkarları daha yaxından tanımaq və onlara yaxından dəstək göstərmək lazımdır. Çalışacağıq ki, 2 gün müddətində sahibkarların fəaliyyət göstərdiyi ünvanlarda olaq və onların fəaliyyətləri ilə yaxından tanış olaq və təkliflərini dinləyərək dəstəyimizi göstərək.