Tələbələrin muxtar respublikanın iri sənaye müəssisələri ilə tanışlığı davam edir

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin “Menecment” ixtisası üzrə IV kurs tələbələri, eləcə də “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin muxtar respublikanın iri sənaye müəssisələrindən olan “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal prosesinin xammaldan hazır məhsuladək bütün mərhələləri ilə əyani tanışlığı təşkil olunmuşdur.Burada şirkətin mütəxəssisləri tərəfindən tələbələrə  müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, istehsal olunan məhsulları, hazır məhsulların bazara çıxarılması istiqamətində həyata keçirilən işlər, satış bazarları haqqında ətraflı məlumat verilmişdir.

 Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.    

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti