İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş tələbələr Naxçıvan Biznes Mərkəzində olublar

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri Naxçıvan Biznes Mərkəzində olublar.

Naxçıvan Biznes Mərkəzində tələbələr əvvəlcə yerli istehsal məhsullarından və əl işlərindən ibarət sərgiyə baxıblar. Burada bələdçi tərəfindən tələbələrə mərkəzin fəaliyyət sahələri, muxtar respublikanın sosial- iqtisadi göstəriciləri və sosial infrastruktur obyektləri ilə bağlı göstəricilər, sərgi salonunda nümayiş olunan yerli istehsal məhsulları və istehsalçı şirkətlər haqqında ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.