“İdeyadan başlanğıca” layihəsi çərçivəsində seminar keçirilib

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Universitetinin “İqtisadiyyat” fakultəsinin tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında seminar baş tutub. Seminarın əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması, təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırmaq və  təkmilləşdirməkdir.

Seminarı giriş sözü ilə “İqtisadiyyat” fakultəsinin dekanı Zakir Məmmədov açaraq tədbir iştirakçılarını salamlayıb.

Sonra Nazirliyin “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbəsinin müdiri Orxan Abdinov startap bazasının formaşaldırılması, ölkəmizdə startapçılar üçün yaradılan şərait, biznes inkubatorları, bu sahədə dünya təcrübəsi haqqında iştirakçılara geniş məlumat verib.

Daha sonra Nazirliyin əməkdaşı Mehparə Məmmədova starapçının ilk addımları hansılardır, uğurlu layihələr, uğura gedən yolda startapların diqqət yetirməli olduğu fundamental məqamları və bu istiqamətdə ən uğurlu nümunələri müqayisəli şəkildə təhlil edilərək praktiki misallar və cədvəllərlə izah edib.

Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb. Həmçinin fəal tələbələrə həvəsləndirici hədiyyələr təqdim edilib.