Sonra Nazirliyin “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbəsinin müdiri Orxan Abdinov startap bazasının formaşaldırılması, ölkəmizdə startapçılar üçün yaradılan şərait, biznes inkubatorları, bu sahədə dünya təcrübəsi haqqında iştirakçılara geniş məlumat verib.
Daha sonra Nazirliyin əməkdaşı Mehparə Məmmədova starapçının ilk addımları hansılardır, uğurlu layihələr, uğura gedən yolda startapların diqqət yetirməli olduğu fundamental məqamları və bu istiqamətdə ən uğurlu nümunələri müqayisəli şəkildə təhlil edilərək praktiki misallar və cədvəllərlə izah edib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib, tələbələrə həbəsləndirici hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti