Nахçıvаn Muхtаr Rеspublikаsı İqtisаdiyyat Nаzirliyi tərəfindən 2018-ci il ərzində görülən işlər haqqında

 

 

2018-ci ildə muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülmüş, 50 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 18 layihənin icrası davam etdirilir.

2018-ci ildə muxtar respublikada 383 növdə məhsul istehsal olunmuşdur. 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir ki, bu da yerli istehsalın xüsusi çəkisinin artması hesabına olmuşdur.

2018-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 26 layihənin maliyyələşdirilməsinə 6 milyon 116 min manatdan çox güzəştli kreditlər ayrılmışdır. Bu kreditlərin 5 milyon 420 min manatı sənayenin, 696 min manatdan çox hissəsi isə kənd təsərrüfatının inkişafına yönəldilmişdir.

Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolu nəzərə alınaraq muxtar respublikamızda onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün mühüm addımlar atılır, dövlət tərəfindən təsərrüfatçılara hərtərəfli dəstək verilir. 2018-ci ildə muxtar respublikada 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir. Ailə təsərrüfatlarının taralarla təchiz olunması məqsədilə taraların satışı mağazası tərəfindən ötən dövr ərzində 210 ailə təsərrüfatı 6 mindən çox müxtəlif ölçülü taralarla təmin edilmişdir.

Sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlаrının müdаfiəsi diqqətdə saxlanılmış, 2018-ci ildə 6 sahibkarlıq subyekti “Nəzarət kitabçası” ilə təmin olunmuş, aidiyyəti dövlət orqanları tərəfindən xüsusi fəaliyyət növləri üzrə 27 lisenziya verilmiş, “Qаynаr хətt” vаsitəsilə 4665 halda sаhibkаrlıq subyеktlərinin araşdırılması və mааrifləndirilməsi istiqamətində işi аpаrılmışdır.

Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən 14 müəssisənin istehsal etdiyi 40 çeşiddə 2800 ədəd hədiyyəlik məhsul və sənətkarlar tərəfindən 748 suvenir hazırlanaraq 12 obyektdə satışa çıxarılmışdır.

2018-ci ildə ölkə daxilində və хаricdə keçirilən 29 beynəlxalq tədbirdə, seminar və kurslarda Nazirliyin 9 əməkdaşının və 178 sahibkarın iştirakı, 4 ixrac missiyasında muxtar respublika sahibkarlarının təmsil olunması, 598 çeşiddə məhsulun 6 ölkədə sərgisinin təşkili, ixrac potensialının genişlənməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə şərait yaratmışdır.

2016-cı ildən etibarən investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədləri verilir. 2018- ci ildə dəyəri 4 milyon 959 min manat olan 3 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədi verilmiş, 13 ixrac əməliyyatı üzrə 42 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilmişdir.

2018-ci ildə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 13 halda keyfiyyət və 130 hаldа mənşə sertifikatlarının verilməsi istehsal edilən məhsulların beynəlxalq tələblərə uyğunluğunu təmin etməklə müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırmışdır.

Son illər ərzində rayon və kəndlərdə kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahəsinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin etmişdir.

Əhalinin payız-qış mövsümündə meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun və keyfiyyətlə ödənilməsini təmin etmək məqsədilə 2018-ci ildə 19 ixtisaslaşdırılmış soyuducu anbara 5419 ton məhsul tədarük olunmuş, istixana təsərrüfatları tərəfindən 471 ton tərəvəz məhsulları bazara təklif edilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir.

2018-ci ildə 722 adda 12.905 manat dəyərində əl işi və sənət əsərlərinin sərgisinin təşkil edilməsi, 316 adda 5000 manatdan çox dəyərində əl işlərinin satışının həyata keçirilməsi, Şərur rayonunun Cəlilkənd Buzxana Kompleksində xalq yaradıcılığı emalatxanasının, Yengicə kəndindəki Hamam kompleksində məişət xidməti sahəsinin yaradılması muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafına, sənətkarların fəaliyyətinin stimullaşdırılmasına və iş imkanlarının yaxşılaşdırılmasına şərait yaratmışdır.