Hesabat dövründə muxtar respublika ərazisində yeni yaradılan istehsal sahələrində dövlət maliyyə dəstəyi hesabına 15 yeni iş yeri, özəl investisiya qoyuluşu hesabına 4 yeni iş yeri olmaqla ümumilikdə 19 yeni iş yeri yaradılmışdır.
Dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına, ümumilikdə 632 yeni iş yerinin açılması istiqamətdə işlər davam etdirilmişdir.
Ərzaq məhsullarının istehsalı, soyuducu anbar, balın emalı, ətlik-südlük istiqamətində heyvandarlıq təsərrüfatının, meyvə-tərəvəz məhsullarının, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsi sahələrinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 28 layihənin maliyyələşdirilməsinə 6.006.100 manat həcmində güzəştli şərtlərlə dövlət dəstəyi göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 yanvar 2019-cu il tarixli 320-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”naəsasən 2019-cu ilin 6 ayı ərzində müxtəlif çeşiddə meyvə araqlarının və meyvə qurusunun qablaşdırılması, ətlik istiqamətində heyvandarlıq, arıçılıq təsərrüfatlarının yaradılması və limon istixanası, meyvə-tərəvəz məhsullarının, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsi üzrə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən 15 ailə təsərüfatına ümumilikdə 156.800 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş layihələrin icrasının, həmçinin ayrılmış güzəştli kredit vəsaitinin təyinatı üzrə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə hesabat dövrü ərzində 148 təsərrüfat subyektində monitorinqlər keçirilmiş, ayrılmış kredit vəsaitinin təyinatı üzrə istifadəsi nəzarətdə saxlanılmışdır.
Tədbirlər planınaəsasən Ordubad rayonunda nümunəvi ailə təsərrüfatlarının iş təcrübəsinin muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən ailə təsərrüfatlarına aşılanması məqsədilə keçirilən tədbirdə iştirak edilmiş, ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər haqqında məlumat verilmişdir.
Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə 2019-cu ilin 6 ayı ərzində 14 Nəzаrət kitаbçаsı ilə təmin edilmiş, xüsusi fəaliyyət növləri üzrə 755 lisenziya verilmiş, “Qаynаr хətt” vаsitəsilə 3075 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, müxtəlif tədbirlər haqqında məlumatlandırılmış, sаhibkаrlаrın prоblеmləri ilə bаğlı sоrğulаrı həll еdilmişdir.
Cari ilin 6 ayı ərzində muxtar respublikada dövlət əmlakı olaraq ümumi sahəsi 74482,10 kvm olan 35 tikili və torpaq sahəsinin texniki pasportu hazırlanmışdır.
2019-cu ilin yanvar-iyun ayları ərzində Almaniya, İran, Belarus, Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Xorvatiya, Polşa, Çexiya, Avstriya kimi ölkələrin nümayəndələri ilə keçirilmiş 19 beynəlxalq tədbirdə muxtar respublikadan 82 sahibkarlıq subyektinin 83 nəfər nümayəndəsi iştirak etmişdir.
2019-cu ilin 6 ayı ərzində ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 43 hаldа mənşə sеrtifikаtı verilmişdir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, cari ilin may ayı ərzində 64 mal çeşidini əhatə edən 400 halda səyyar, 945 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış laboratoriya təhlilləri əsasən 684 yerli istehsal məhsullarını və 261 idxal məhsullarını əhatə etmişdir.
Aparılan ekspertizalar və laboratoriya müayinələri 444 halda hüquqi və 501 halda fiziki şəxslər tərəfindən daxil olmuş 945 halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 940 nümunənin keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 5 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilmişdir.
Hesabat dövrü ərzində mütəmadi olaraq muxtar respublikada fəaliyyət göstərən ticarət mərkəzlərində kənd təsərrüfatı, ərzaq və qeyri-ərzaq məhsullarının satışı obyektlərində satışı həyata keçirilən məhsulların üzərinə qiymət yarlıqlarının vurulmasının təmin edilməsi, keyfiyyətsiz və mənşəyi məlum olmayan məhsulların satışdan çıxarılması və süni bahalanma hallarının qarşısının alınması məqsədilə maarifləndirici istiqamətində monitorinqlər aparılmışdır.
Ümumilikdə hesabat dövrü ərzində 467 halda topdan, pərakəndə ticarət, istehsal müəssisəsi və xidmət obyektində qiymət və keyfiyyətə nəzarət tədbirləri həyata keçirilmişdir.
“Ali və orta ixtisas təhsilli müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli 339-05/S nömrəli Sərəncamının icrası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə istiqamətdə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” və “Menecment”, Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisaslarında 20-22 may 2019-cu il tarixində təhsil alan tələbələrlə görüş keçirilmişdir. Görüşdə tələbələrə startap nədir, təqdim olunan layihələrin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi, startapın stimullaşdırılması, maliyyələşdirilməsi və beynəlxalq təcrübə mövzusunda təqdimat keçirilmişdir. Həmçinin hami ixtisaslarda təhsil alan tələbələrə 2018-2019-cu tədris ili üçün “Tədbirlər Planı”na uyğun olaraq Nazirliyin fəaliyyət istiqamətlərini əks etdirən 22 mövzu üzrə mühazirələr oxunmuşdur.
Bundan əlavə Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakultəsinin iqtisadiyyat ixtisası üzrə təhsil alan III kurs tələbələrinə Nazirlikdə tədris planına müvafiq olaraq istehsalat təcrübəsi keçirilmişdir. Tələbələrə Nazirliyin vəzifə və funksiyaları, fəaliyyət istiqamətləri haqqında mühazirələr oxunmuş və onlar şöbələrin fəaliyyəti ilə tanış olmuşlar. Həmçinin “Cahan Sənaye Kompleksi MMC-də, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də, “Prestij Naxçıvan Pivəsi” MMC-də istehsal prosesləri və “Naxçıvan Biznes Mərkəzi” MMC-də muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgi ilə tanışlığı təmin olunmuşdur.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq arıçılığın inkişafı məqsədilə may ayında 6 layihənin maliyyələşdirilməsinə 77.200 manat məbləğində kredit verilmişdir.
Həmçinin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Arıçılar Birliyi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkil etdikləri tədbirlərdə 8 halda sahibkarlara Sahibkarlığın İnkişafı Fondu Publik Hüquqi Şəxsin vəsaitlərinin istifadəsi qaydaları geniş izah edilmişdir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində cari ilin 6 ayı ərzində kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 28 sahibkarlıq subyetinə 6 milyon 6 min 100 manat kredit verilmişdir.
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətindəmuxtar respublikada xalçaçılıq sənətinin qorunması, yaşadılması məqsədilə cari ilin 6 ayında “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və Şərur rayonu Cəlilkənddə yerləşən “Buzxana” Kompleksində müxtəlif ölçülərdə 18 ədəd xalça toxunmuş və dəyəri 3104 manat olan 18 ədəd xalçanın satışı həyata keçirilmiş, 4 ədəd xalçanın toxunması davam etdirilmişdir.
Muхtаr rеspublikаdа fəаliyyət göstərən sənətkаrlаrın müəyyənləşdirilməsi və fəаliyyətlərinin stimullаşdırılmаsı, sənətkаrlаr tərəfindən hаzırlаnmış əl işləri və sənət əsərlərinin sərgi və sаtışının təşkil еdilməsi, bu istiqаmətdə müəssisələrin nəzdində yаrаdılmış еmаlаtхаnаdа fəаliyyət göstərən dеkоrаtiv tətbiqi sənət, хаlçаçılıq, tахtа üzərində оymа, şüşə üzərində qrаvürа və digər sаhələrin gеnişləndirilməsi istiqamətində 2019-cu ilin ötən dövründə “Nахçıvаn Biznеs Mərkəzi” MMC tərəfindən sərgi-satış məqsədilə 110 adda 2449 manat dəyərində əl işi və sənət əsəri qəbul edilmiş, 81 ədəd 1333 manat dəyərində əl işlərinin satışı həyata keçirilmişdir.