“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilmiş, 112 istehsal sahəsinin yaradılması başa çatdırılmış, mineral su istehsalı, qaynaq çubuğu, plastik səbət, xalça toxuma, yun və boyaq bitkilərinin tədarükü, süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatları, istixana, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 58 sahənin yaradılması davam etdirilmişdir. Muxtar respublika ərazisində yeni yaradılan istehsal sahələrində dövlət maliyyə dəstəyi hesabına 271 yeni iş yeri açılmışdır.
Dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına, ümumilikdə 650 yeni iş yerinin açılması istiqamətdə işlər davam etdirilmişdir.
Hesabat dövründə sаhibkаrlıq subyеktlərinin istеhsаl еtdikləri məhsullаrın xarici bazarlara ixracı, fəaliyyətini dayandırmış və ya tam gücü ilə fəaliyyət göstərməyən istehsal müəssisələrinin fəaliyyətinin bərpası, muxtar respublikada iqtisadiyyatın muxtəlif sahələrinə investisiyaların cəlb edilməsi, kiçik və orta həcmli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 160 layihənin maliyələşdirilməsinə 12.846.600 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir.
Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş layihələrin icrasının, həmçinin ayrılmış güzəştli kredit vəsaitinin təyinatı üzrə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə 384 təsərrüfat subyektində monitorinqlər keçirilmişdir. Hesabat dövrü ərzində sahibkarlar və ya vətəndaşlar tərəfindən 25-i ailə təsərrüfatı olmaqla 215 halda Fonda müraciət daxil olmuş, müraciətlərə qanunamüvafiq şəkildə baxılmış, sahibkarlara kredit vəsaitinin verilməsi istiqamətində tələb olunan sənədlər barəsində məlumatlar verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 yanvar 2019-cu il tarixli 320-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na əsasən ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində cari ilin 9 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən layihələri məqsədəmüvafiq hesab edilmiş 44 ailə təsərrüfatına 382 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Rayonlarda qabaqcıl ailə təsərrüfatlarının əldə etdiyi nailiyyətlərin digər təsərrüfatlara təşviq edilməsi istiqamətində aidiyyəti qurumlarla birgə Culfa, Ordubad və Şahbuz rayonlarında təsərrüfat subyektləri ilə fərdi görüşlər keçirilmişdir. Görüşlərdə təsərrüfatlarda istehsal olunan məhsulların ölkəmizin digər regionlarında satışının təşkili, ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi istiqamətində maarifləndirilmişdir.
Həmçinin, ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və hazırlanmış yeni layihələrin ailə təsərrüfatlarına təqdimatı məqsədilə Şərur və Şahbuz rayonlarında fəaliyyət göstərən 18 ailə təsərrüfatçısı ilə keçirilmiş fərdi görüşlər zamanı damazlıq ana arı yetişdirmə təsərrüfatı, qızılgül, yer fıstığı və göycə lavaşası layihələri təqdim olunmuş, ailə təsərrüfatlarını maraqlandıran suallar cavablandırılmışdır.
Eləcə də, qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması, muxtar respublika ərazisində yetişən yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması istiqamətində ailə təsərrüfatlarının təşviq edilməsi məqsədilə Ordubad və Şahbuz rayonlarında “Ailə təsərrüfatlarının sahibkarlıq subyektlərinə çevrilməsi və bu sahədə dövlətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tapşırıqların icrası istiqamətində sentyabr ayında bir neçə arıçılıq təsərrüfatı və Naxçıvan Muxtar Respublikası Arıçıları İctimai Birliyinin sədri ilə yerli bal məhsulunun ixrac imkanları ilə bağlı müzakirə aparılmış, Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq arıçılığın inkişafı məqsədilə hesabat dövründə 15 layihənin maliyyələşdirilməsinə 224 min 100 manat məbləğində kredit verilmişdir.
Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə 2020-ci ilin yanvar-sentyabr ayları ərzində “Qаynаr хətt” vаsitəsilə 3674 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, müxtəlif tədbirlər haqqında məlumatlandırılmış, sаhibkаrlаrın prоblеmləri ilə bаğlı sоrğulаrı Nazirliyin səlahiyyətləri daxilində həll еdilmişdir.
2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 21 avqust 2020-ci il tarixdə müşavirə keçirilmişdir. Müşavirədə kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarük olunması və ehtiyatın yaradılması ilə bağlı vəzifələr müəyyənləşdirilmiş, muxtar respublikada fəaliyyət göstərən soyuducu anbarların və istixana kompekslərinin sahibkarları ilə birlikdə görüləcək işlərlə bağlı müzakirələr aparılmışdır.
Aparılmış maarifləndirmə tədbirlərin nəticəsində cari ilin tədarük dövründə muxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına 7568 tondan çox məhsul tədarük olunmuşdur. Həmçinin, ərzində “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” MMC tərəfindən 811 ton kartof, 205 ton soğan, 18 ton alma tədarük edilmiş və qeyd olunan məhsullardan nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mütəmadi olaraq yoxlanılmışdır.
Biznes mühitinin yaxşılaşdırılmasına, eləcə də stimullaşdırılması məqsədilə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ümumi dəyəri 92911 manat olan bir layihəyə “Təsdiqedici Sənəd” verilmiş, 19 ixrac əməliyyatı üzrə cəmi 34891 manat məbləğində ixrac təşviqinin ödənilməsi üçün sənədlər aidiyyəti üzrə göndərilmişdir.
İxracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirləri gücləndirmək də əsas prioritetlərdəndir. Belə ki, 2020-ci ilin hesabat dövründə 12 sahibkarlıq subyektinin və 1 ailə təsərrüfatının 25 nümayəndəsi 5-i onlayn olmaqla 8 beynəlxalq əhəmiyyətli tədbirdə iştirak etmiş, muxtar respublikada istehsal olunan ərzaq məhsulları Rusiya Federasiyasında keçirilən “ProdExpo-2020”, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulfood-2020” sərgilərində nümayiş olunmuşdur. Adıçəkilən sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendi altında muxtar respublikada istehsal olunan 133 çeşiddə məhsulun nümayişi təmin olunmuşdur.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 13 hаldа mənşə sеrtifikаtı verilmişdir.
Cari ilin 9 ayında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 315 mal çeşidini əhatə edən 580 halda səyyari, 1311 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış laboratoriya təhlilləri əsasən 1121 yerli istehsal məhsullarını və 190 idxal məhsullarını əhatə etmişdir.
Aparılan ekspertizalar və laboratoriya müayinələri 557 halda hüquqi və 754 halda fiziki şəxslər tərəfindən daxil olmuş 1311 halda mal nümunələrində laboratoriya təhlilləri aparılmış və 1307 halda nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 4 nümunənin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Aparılmış laboratoriya təhlilləri sınaq protokolları əsasında aidiyyatı üzrə təqdim edilmişdir.
Hesabat dövrü ərzində mütəmadi olaraq muxtar respublikada fəaliyyət göstərən ticarət mərkəzlərində kənd təsərrüfatı, ərzaq və qeyri-ərzaq məhsullarının satışı obyektlərində qanunvericiliyə uyğun ticarət qaydalarına əməl olunması, satışda olan məhsulların üzərinə qiymət yarlıqlarının vurulması tədbirləri həyata keçirilmişdir.
Ümumilikdə 2020-ci ilin 9 ayı ərzində 478 ticarət obyektində qanunvericiliyə uyğun ticarət qaydalarına əməl olunması, satışda olan məhsulların üzərinə qiymət yarlıqlarının vurulması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 03 aprel 2019-cu il tarixli 339-05/S nömrəli Sərəncamına uyğun olaraq Nazirlikdə yaradılmış ekspert qrupu tərəfindən startup.nakhchivan.az portalından daxil olmuş 10 innovasiya yönümlü (startap) layihəsinin ekspertizası keçirilmiş və layihə müəlliflərinə layihələrin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilmişdir.
“Naxçıvan” Universitetinin “İqtisadiyyat”, Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” və “Menecment” ixtisası üzrə təhsil alan tələbələrə “Gənclərin sahibkarlıq fəaliyyətinə başlaması və müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsi”, “Startap layihələrinin təqdim olunmasında biznes planların əhəmiyyəti və tərtibi qaydaları” mövzuları üzrə slayd materialı təqdim olunmuşdur.
Həmçinin hami ixtisaslarda təhsil alan tələbələrə 2020-2021-ci tədris illəri üçün “Tədbirlər Planı”na uyğun olaraq Nazirliyin fəaliyyət istiqamətlərini əks etdirən 4 mövzu üzrə mühazirələr oxunmuşdur.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qоrunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 06 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanına və “Dövlət əmlakının icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə оlunması Qaydaları”na uyğun оlaraq hesabat dövrü ərzində 210-u xidmət mərkəzi olmaqla, 215 qeyri-yaşayış sahəsi üzrə icarə müqaviləsi bağlanmış, 70 qеyri-yаşаyış sаhəsi üzrə icarə müqaviləsinin müddəti növbəti dövrə uzadılmış, bir icarə müqaviləsinə xitam verilmişdir. Muxtar respublikada dövlət əmlakı olaraq ümumi sahəsi 50955,61 kvadratmetr olan 40 müəssisənin texniki pasportu hazırlanmışdır.
Şəffaf və ədalətli dövlət satınalmalarının təmin edilməsi məqsədilə, həmçinin "Dövlət satınalmaları haqqında" qanuna müvafiq olaraq 2020-ci ilin 9 ayı ərzində 11 halda birmənbədən satınalınma metodundan istifadə etməklə malların (işlərin və xidmətlərin) satın alınmasına razılıq verilmişdir.
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində hesabat dövründə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında 19 ədəd, Cəlilkənd Buzxana Kompleksində isə 6 ədəd xalça toxunmuşdur. Xalq Yaradıcılığı Emalatxanasında 2 ədəd və Cəlilkənd Buzxana Kompleksində 2 ədəd xalçanın toxunuşu davam etdirilir. Hesabat dövründə 10 ədəd 1260 manat dəyərində xalçanın satışı həyata keçirilmişdir.
Xalq yaradıcılığının inkişaf etdirilməsi, sənətkarların fəaliyyətinin daha da stimullaşdırılması və əl işlərinin sərgi-satış üçün qəbul edilməsi istiqamətində davamlı iş aparılmış, 389 ədəd 8761,00 manat dəyərində əl işi qəbul edilmiş, 57 ədəd 1456 manat dəyərində əl işinin satışı həyata keçirilmişdir.
“Naxçıvan Biznes Mərkəzi” MMC-yə Naxçıvan Muxtar Respublikasının nazirlik, komitə və baş idarələrinin muzey günləri qrafikinə uyğun olaraq 12 muzey ekskursiyası təşkil edilmişdir.