Əhalinin ət üzrə istehlakının ödənilməsində balıqçılığın mühüm rolu var

 

 

Muxtar respublikada kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlər balıqçılıq təsərrüfatlarının inkişafı üçün də geniş imkanlar açmışdır. Əhalinin ət üzrə istehlakının ödənilməsində balıqçılığın mühüm rolu nəzərə alınaraq son illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu sahənin inkişafı məqsədilə 14 layihənin maliyyələşdirilməsinə 672 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Balıq və balıq məhsullarının keyfiyyətinin təmin edilməsi qida təhlükəsizliyi baxımından əhəmiyyət verilən əsas sahələrdən biri hesab olu­nur. “İstehlak Mallarının Ekspertizası Mərkəzi”Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq laboratoriyasında digər mal çeşidləri ilə yanaşı balıq məhsullarının da laboratoriya təhlilləri də mütəmadi olaraq həyata keçirilir.

2021-ci ilin ötən dövrü ərzində Cəmiyyət tərəfindən təzə balıq əti, konservləşdirilmiş balıq əti və balıq kürüsü olmaqla 29 halda  laboratoriya təhlilləri aparılmış, nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.