Muxtar respublikada qışa ciddi hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatını tam ödəmək üçün görülən tədbirlərin sırasında əhalini təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunması, bazarda bolluq yaradılması xüsusi yer tutur. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir.
Bütün bu tədbirlər, ilk növbədə, daxili bazarın qorunmasına, idxaldan asılılığın azaldılmasına, istehlakçıların yerli məhsullara olan tələbatının ödənilməsinə, ən önəmlisi isə kənd təsərrüfatının inkişafına təkan verir.