Muxtar respublikada ailə təsərrüfatlarına dövlət dəstəyi göstərilib

 

 

“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası bu sahənin inkişafına stimul yaratmışdır. 2017-2021-ci illər ərzində 243 ailə təsərrüfatına 3 milyon 185 min 500 manat, 2021-ci ildə 76 təsərrüfata  1 milyon 216 min 400 manat güzəştli kreditlər verilmişdir. Ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafına yeni imkanlar yaratmışdır. 

Cari ildə ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların keyfiyyətinə mütəmadi olaraq nəzarət edilmiş, Nazirliyin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarında hazırlanan 273 halda məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında analizlər aparılmışdır.