Muxtar respublikada sənayenin inkişafı diqqətdə saxlanılıb

 

 

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin olunmasında mühüm sahələrdən biri də sənayedir. 2021-ci ildə də bu sahədə həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

Yeni məhsul növlərinin istehsalının təmin olunması daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmaqla bərabər, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün əsas stimullaşdırıcı amilə çevrilmişdir.