Bu gün muxtar respublikada həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu vardır. Belə ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş müvafiq Dövlət proqramlarının icrası ilə əlaqədar özəl sektor qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi Babək rayonunda da bir sıra istiqamətlərdə rəqabətqabiliyyətli istehsal sahələrinin yaradılmasına imkan verib. Dövlət tərəfindən sahibkarlığın inkişafına hesablanmış tədbirlər 2021-ci ildə də davam etdirilib. Görülən məqsədyönlü tədbirlər nəticəsində ötən il rayonda istehsal və emal sahələrinin sayı artıb, yeni sahibkarlar sinfi formalaşıb.
Faktlara nəzər salsaq görürük ki, 2021-ci ildə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Babək rayonunda futbol-idman kompleksinin, 14 heyvandarlıq, 4 arçılıq, 4 istixana təsərrüfatının yaradılması, 5 heyvandarlıq, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi, 1 üzümçülk təsərrüfatının fəaliyyətinin stimullaşdırılması olmaqla, ümumilikdə 30 sahənin yaradılması başa çatdırılıb. Həmçinin 2021-ci ildə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 1 süd emalı müəssisəsinin, 1 avtomobil təmiri sahəsinin, 7 heyvandarlıq təsərrüfatının, 1 soyuducu anbarın yaradılması, 1 gülçülük istixana təsərrüfatının, 1 alma sirkəsi istehsalı sahəsinin genişləndirilməsi olmaqla, ümumilikdə 12 sahənin yaradılması davam etdirilib.
Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması uzaq gələcəyə hesablanmış inkişaf tədbirlərindəndir. Görülən işlər çərçivəsində sahibkarların maliyyə imkanlarının yaxşılaşdırılması əsas istiqamət kimi götürülüb. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ildə Babək rayonunda 34 layihəninmaliyyələşdirilməsinə691 min 100 manat həcmində güzəştli kredit verilib. Həmin vəsaitdən kənd təsərrüfatı yönümlü 33 layihənin maliyyələşdirilməsinə 671 min 100 manat, sənaye yönümlü 1 layihənin maliyyələşdirilməsinə 20 min manat yönəldilib.
Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər Babək rayonunda da diqqət mərkəzində saxlanılır. Belə ki, 2021-ci ildə 15 ailə təsərrüfatçısına öz ailə təsərrüfatını qurması və ya genişləndirməsi üçün 245 min 500 manat dövlət maliyyə dəstəyi göstərilib.
Babək rayonun da fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xarici əlaqələrinin genişlənməsi istehsal olunan məhsulların ixrac imkanlarının artırılmasını da təmin edib, bu məqsədilə sahibkarlıq subyektlərinin 11 nümayəndəsinin xarici ölkələrdə keçirilən 10 beynəlxalq əhəmiyyətli tədbirdə dövlət dəstəyi ilə iştirakına köməklik göstərilib.
Bir sözlə, muxtar respublikada sahibkarlığın inkişafının dəstəklənməsi Babək rayounun da iqtisadi potensialını ildən-ilə artırmaqdadır. Dövlətin qayğısını daim üzərlərində hiss edən babəkli sahibkarlar 2022-ci ildə də muxtar respublika iqtisadiyyatına töhfə verəcəklər.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti
Şərqin səhəri qəzeti
29 yanvar 2022-ci il