İqtisadiyyat Nazirliyinin əməkdaşları “Muzey günləri” çərçivəsində Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində olublar. Muzeyin bələdçisi muzey haqqında nazirliyin iştirakçılara ətraflı məlumat verib.
Bildirilib ki, muzey 21 iyul 1981 – ci ildə Azərbaycan hökumətinin “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qərarı ilə yaradılmışdır. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi” adlandırılmışdır.
Muzeyin fondunda 9 mindən çox eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş “İblis” və 1934 – cü ildə çapdan çıxmış “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır.
Sonra nazirliyin əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olublar.