Naxçıvan Biznes Mərkəzinin yeni internet saytı istifadəyə verilib

 

 

Saytın təqdimatında çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov bildirib ki, 2013-cü ildən istifadəyə verilən Naxçıvan Biznes Mərkəzinin əsas iş istiqamətləri biznesin inkişafı məqsədilə sahibkarların maarifləndirilməsi, onlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin, o cümlədən yerli istehsal məhsullarının, əl işlərinin sərgi və satışının təşkilindən ibarətdir. Mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 102 müəssisənin 171 növdə 1330 çeşiddə, eləcə də 78 ailə təsərrüfatının 27 növdə 198 çeşiddə məhsulu nümayiş olunur. 

Naxçıvan Biznes Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Qəribov saytın fəaliyyəti haqqında məlumat verib.