Ailə təsərrüfatçıları ilə maarifləndirici görüş keçirilib

 

 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin əməkdaşları Babək Rayon İcra Hakimiyyəti ilə birgə rayonunun Kültəpə kəndində fəaliyyət göstərən ailə təsərrüfatçıları ilə maarifləndirici görüş keçirib.Tədbirdə qarğıdalı və günəbaxan əkinlərinin əhəmiyyəti və iqtisadi səmərəsi barədə məlumatlar ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb,bukletlər təqdim olunub.