Son illərdə Naxçıvan Muxtar respublikasında özəl sektorun əsas istiqaməti kimi sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Sənayeləşmə iqtisadiyyatın prioritetlərindən birinə çevrilmişdir. Naxçıvanda aparılan genişmiqyaslı köklü islahatlar iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin də dirçəlişinə ciddi təkan vermişdir. İstehsal sahələrinin inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması, sənayesinin sürətli inkişafı ümumi daxili məhsulun strukturunda sənaye istehsalının payının getdikcə artmasına gətirib çıxarmışdır.