Xalçaçılıq kursu başa çatıb

 

 

Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında ixtisaslı kadr hazırlığının diqqətdə saxlanılması, ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, peşə kurslarının təşkili yeni vəzifələr kimi müəyyənləşdirilib. 

Əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin Xalq Yaradıcılığı Emalatxanasında mütəmadi olaraq müdavimlər qəbul edilib, həmçinin bu məqsədlə peşə kurslarının keçirilməsinə dair tədris planı hazırlanıb. 14 fevral-14 mart tarixləri arasında Xalq Yaradıcılığı Emalatxanasında “Xalçaçılıq sənətinin öyrənilməsi” mövzusunda kurs təşkil olunmuşdur və 7 müdavim xalçaçılıq kursu keçib, bədii və texniki iş üsullarını ­öyrənmişdir. Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə sertifikatlar təqdim olunub.