Kənd təsərrüfatı Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi həyatın aparıcı sahələrindən biri hesab olunur. Çünki muxtar respublikada mövcud olan əlverişli təbii mühit, əhalinin bu sahəyə marağının olması və göstərilən dövlət dəstəyi aqrar sektorun inkişafına cidd təkan verir.
Naxçıvanda kənd təsərrüfatının geniş yayılmış istiqamətlərindən birini meyvəçilik və tərəvəzçilik təşkil edir. Bu sahəyə kompleks yanaşmanı ehtiva edən tədbirlərin sayı ildən-ilə artır və əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi daim diqqətdə saxlanılır. Görülən işlərin səmərəliliyini artıran faktorlardan biri də meyvəçilik və tərəvəzçilik sahəsində qəbul olunan dövlət proqramlarıdır.