Görüşdə İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov giriş sözü ilə çıxış edərək keçirilən tədbirlərin və tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb.
Sonra İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Elnur Mahmudov “Sənayenin inkişafında idarə etmənin rolu” mövzusu ətrafında çıxış edərək, muxtar respublikada özəl sektorun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafının təmin edilməsində, rayonlarda sənaye sahəsinin inkişafı və məşğulluğun təmin olunmasında Şərur Sənaye Məhəlləsinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.