2022-ci ilin yanvar-fevral aylarında sahibkarlıq mühiti yaxşılaşdırılıb

 

 

2022-ci ilin yanvar-fevral aylarında sənayeləşmə siyasətinə uyğun olaraq istehsal və emal müəssisələrinin yaradılması, həmçinin kiçik və orta sahibkarlığın genişləndirilməsində əhəmiyyətli olan sənaye məhəlləsinin yaradılması davam etdirilmiş, mebel, süd emalı, çörək istehsalı, o cümlədən heyvandarlıq, quşçuluq istixana təsərrüfatlarını əhatə edən 27-si dövlət maliyyə dəstəyi olmaqla 35 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir. Yeni yaradılan sahələrdə 80 iş yeri açılmışdır.

Yeni isehsal sahələrinin yaradılmasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin mühüm rolu olmuşdur. Belə ki, cari ilin yanvar-fevral aylarında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 23 layihənin maliyyələşdirilməsinə 2 milyon 585 min manat güzəştli kreditlər ayrılmışdır. Bu kreditlərin 2 milyon 75 min manatı sənayenin, 350 min manatı kənd təsərrüfatının inkişafına yönəldilmişdir.

Ailə təsərrüfatlarının çoxsahəli fəaliyyətinin yaxşılaşdırılması məqsədilə 9 ailə təsərrüfatına 155 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması, xarici ölkələrdə tanıdılması məqsədilə 2022-ci ilin yanvar-fevral aylarında 4-ü sərgi olmaqla ümumilikdə, 7 beynəlxalq əhəmiyyətli tədbirdə muxtar respublikadan 34 nümayəndə iştirak etmişdir. Moskva şəhərində keçirilmiş “Prodexpo-2022” və Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş “Gulfood-2022” beynəlxalq qida sərgilərindədə muxtar respublikadan 20 növdə, 254 çeşiddə məhsullar nümayiş etdirilmişdir.