NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Kətə” festivalı aprelin 16-17-də “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunacaq.
Festivalda muxtar respublikanın rayonları və Naxçıvan şəhərindən 230-a yaxın kətə ustası, o cümlədən təsərrüfat subyekti iştirak edəcək. Müxtəlif kətə çeşidləri və Naxçıvan mətbəxinin yaz fəslinə aid digər nümunələrindən-şomu, çiriş, gicitkən, qazayağı, quzuqulağı, göbələk və digər müalicəvi bitkilərdən hazırlanan yeməklər bişiriləcək. Musiqi və incəsənət ustaları tədbirə əlavə rəng qatacaqlar. Festivalda "Ən dadlı kətə" nominasiyası üzrə qaliblərə diplomlar təqdim olunacaq.