Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Təkcə bu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə 37 layihə üzrə 5 milyon 414 min manat güzəştli kredit verilmişdir ki, bunun da 540 min 500 manatı kənd təsərrüfatının inkişafı üçün ayrılmışdır. Bu vəsaitin 317 min manatı heyvandarlıq, 70 mini quşçuluq, 99 min 500-ü bağçılıq, 31 min manatı arıçılıq təsərrüfatlarının, 15 mini soyuducu anbarın, 8 mini süd emalı müəssisəsinin yaradılmasına yönəldilmişdir. Kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 14 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 283 min 500 manat dövlət maliyyə dəstəyi göstərilmişdir.